Komitə sədri Ağsuda vətəndaşları qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri Ağsuda vətəndaşları qəbul edib

Sosial

23 Fevral 2019 18:28 814


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ağsu şəhərində vətəndaşları qəbul edib.

Bu barədə “Yeni Sabah”a DGK-dan məlumat verilib.

Məlumatda deyilir ki, S.Mehdiyev qəbuldan öncə ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Toyuqlu pizza

Qəbulda bölgədə yerləşən - Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!