Fevralın 22-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib.
“Yeni Sabah” xəbər verir ki, qəbulda Mingəçevir şəhəri ilə yanaşı Yevlax, Ağdaş, Bərdə rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Komitənin müvafiq qurumlarının rəhbərlərinin də iştirakı ilə keçən qəbuldakı müraciətlər mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına köməklik göstərilməsi barədə olub. Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciətlər də səsləndirilib. Eyni zamanda,vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələlərinə aid müraciətlər olub.
Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını verib. Bəzi müraciətlər dərhal həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb. Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək. pizza mizza
Telegram kanalımız