Komitədən rüşvət iddiaları haqda rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Komitədən rüşvət iddiaları haqda rəsmi açıqlama

Siyasət

02 May 2021 07:41 2251


Aprelin 30- da türkiyəli yük maşını sürücülərinin şikayətinə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) də münasibət bildirib.

DGK qeyd edir ki, yük nəqliyyat vasitələrindən sərhədkeçmə proseslərində alınan gömrük ödənişləri mövcud milli və beynəlxalq qanunvericiliklə tənzimlənir.

“Yeni Sabah” xəbər verir ki, qurumun yaydığı açıqlamaya görə, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və onu tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Açıqlamaya görə, Məcəlləyə əsasən yük avtomobilləri qaldığı müddətdən, oxların sayından, avtonəqliyyat vasitəsinin ümumi çəkisindən, qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə cəlb edilir. Habelə "Dövlət rüsumu haqqında" Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu tutulur. pizza

Bildirir ki, xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisinə daxil olması və bu ərazidən tranzit yük daşınması zamanı yüklərin təhlükəlilik dərəcələri "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq müəyyən edilir:

“Daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq tətbiq olunan yol vergisinin hesablanması Azərbaycan Vergi Məcəlləsinin 15-ci fəslinə uyğun olaraq həyata keçirilir. Həmçinin,... sərhəd-keçid məntəqəsinə təqdim edilən malın istehsalçı tərəfindən verilmiş təhlükəsizlik pasportunda malların təhlükəsizlik dərəcəsi müəyyən edilmədikdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi tətbiq edilmir”

Habelə qeyd edilir ki, ikitərəfli sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.

Vurğulanır ki, Türkiyə və Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli sazişlərdə yol vergisindən azadolmalar nəzərdə tutulmayıb.

AGK bildirir ki, qeydiyyatda olduğu ölkədən asılı olmayaraq gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sürətli keçidinə maneələr yaradılması və ya yubadılması ilə bağlı iddialar isə tamamilə əsassızdır: “Üstəlik Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sərhədkeçmə prosesi zamanı yubadılması ilə bağlı iddiaları təqdim ediləcək konkret faktlar əsasında araşdırmağa, geniş ictimaiyyətə açıqlamağa hazırdır.”

Açıqlamanın sonunda da yazılıb: “Azərbaycan və Türkiyə qardaş, strateji tərəfdaş ölkələrdir.” Bildirilir ki, iki dövlət arasındakı ticarət dövriyyəsi zamanı mal, nəqliyyat vasitələrinə qarşılıqlı olaraq tətbiq edilən vergi, rüsum və digər ödənişlərin aşağı, yuxarı dərəcəli olması bu münasibətlərə əsla xələl gətirə bilməz : “Bu mənada məsələyə siyasi çalarların əlavə olunması qəbuledilməzdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!