“Kompensasiyanın məbləği 100 min manatadək artırılsın!” – Təklif

saytların hazırlanması

Evə çatdırılma

“Kompensasiyanın məbləği 100 min manatadək artırılsın!” – Təklif

İqtisadiyyat

06 Mart 2020 15:41 772


“Mərkəzi Bankın əmanətlərin tam sığortalayacağıyla bağlı açıqlaması doğru addımdır. Amma bu addım fevral ayında atılsaydı, daha effektiv olardı”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev özünün “Facebook” səhifəsində yazıb.

“Açıqlamadan belə anlaşılır ki, qanunun qüvvədə olması müddəti daha az müddətə - dekabra kimi uzadılacaq. Bu onu göstərir ki, hökumətin qanunu uzatmaq niyyəti olmayıb və bu addım koronavirusun yaratdığı yeni situasiya ilə bağlıdır. Hazırda bu addımı dəstəkləsəm də, gələcəkdə sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətindəyəm.  Marqarita pizza

Əmanətlərin tam sığortalanması əmanət bazarında təmərküzləşməni şərtləndirir. 2017-2019-cu illərdə depozit bazarında 5 bankın bazar payı 69,6%-dən 71,2%-ə yüksəlib. Ona görə də kompensasiya məbləğinin 100 min manata qədər artırılması əsas dəyişiklikdən biri ola bilər”, - deyə S.Əliyev qeyd edib. 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!