Kompüter dükanından oğurluq edən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Kompüter dükanından oğurluq edən tutuldu

Kriminal

23 Dekabr 2022 16:35 722


Oğuzda oğurluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər ərazisində yerləşən kompüter təmiri məntəqəsindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 1500 manat pul oğurlayıb.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Elçin Mahmudov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulu xərclədiyini bildirib.  Marqarita pizza

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!