Kondisionerlər koronavirusa qarşı bədənin müqavimətini zəiflədir   - Uzaq durun

saytların hazırlanması

Evə çatdırılma

Kondisionerlər koronavirusa qarşı bədənin müqavimətini zəiflədir - Uzaq durun

Sağlamlıq

09 İyun 2021 16:26 745


Kondinsionerlərdən gələn soyuq hava nəticəsində bədənin soyuması orqanizmin virusa qarşı müdafiəsini azaldır, immuniteti zəiflədir. Eləcə də kondinsioner burun yollarını qurutduğundan, yuxarı tənəffüs yollarının selikli qişalası istənilən virus üçün açıq olur.

Yenisabah.az xəbər verir ki, həkimlər pandemiya davam etdiyi təqdirdə qapalı məkanlarda kondinsionerlərin var gücü ilə işləməsimə qarşıdır. Evdə hava çox soyuq, buz kimi olmamalıdır. Çünki isti havadan soyuğa keçən insanda orqanizm xəstəliklərə qarşı dözümsüz olur.

Yayda otaqda optimal temperatur 22-25 dərəcə olmalıdır. Otaqları soyuducu kimi 18 dərəcəyə kimi soyutmaq olmaz. pizza hut

Eyni zamanda kondinsioner fasilə ilə işləməli, yatan insanın üzərinə hava vurmamalıdır.

Bədənin çox soyumasının qarşısı alınmalıdır.

Çünki istidən soyuğa keçən bədən güclü stress keçirir.

Bu hal avtomobildə də baş verir. Pandemiya dövründə stress və orqanizmin zəifləməsi yolverilməzdir. (medicina.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!