Konqonun ədliyyə nazirinə sui-qəsd cəhdi oldu

saytların hazırlanması

Evə çatdırılma

Konqonun ədliyyə nazirinə sui-qəsd cəhdi oldu

Dünya

07 Sentyabr 2024 18:44 442


Naməlum şəxslər ədliyyə üzrə dövlət naziri, Konqo Demokratik Respublikasının (KDR) möhürünün qoruyucusu Konstant Mutambanı zəhərləməyə cəhd ediblər.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Konqonun “Actualite” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

“Araşdırmalar [Mutambanın bədənində] zəhərin olduğunu üzə çıxarıb”, – nazirə yaxın adamlar deyirlər. Pepperoni pizza

“Nazirə qulluq üçün ciddi tədbirlər görülür”, – diqqətə çatdırılıb.

Xəbərdə deyilir ki, zəhərlənmə Mutamba rəhbərliyinin korrupsiyada şübhəli bilinən hakimləri işdən çıxarmaqla hədələyərək KDR-nin məhkəmə sistemində islahatlara başlamasından sonra baş verib.

KDR Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 2-nə keçən gecə nazirin ofisinə basqın edilib. Nazirlik bildirib ki, sonradan mütəxəssislər ofisin özündə və ona gedən dəhlizdə ağ tozun izlərini aşkar ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!