Könül Kərimova: “Şəbnəmin də çörəyi bundan çıxır“

saytların hazırlanması

Evə çatdırılma

Könül Kərimova: “Şəbnəmin də çörəyi bundan çıxır“

Şou

09 İyul 2022 14:53 1382


 "Şəbnəm üçün bu cür musiqilər xoşdur. Heç vaxt demərəm ki, belə oxuyur. Bir-iki mahnısı var xoşuma gəlib. Şəbnəmim yaxşı səsi var. Gözəl muğam oxuya bilər. İfaçılığına nəsə demirəm, özü də bunu istəyir bunu oxuyur. Xoşuma gələ də, gəlməyə də bilər. Bu janrla kifayətlənib. Mənfi nəsə deyə bilmərəm". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Şourum" proqramında deyib. Müğənni sənətçi Şəbnəm Tovuzlunun mahnıları haqda sualı cavablandırıb. O bildirib ki, Şəbnəmin repertuarını dəyişdirmək istəyir:

"Söhbət oxuduğu janrdan getmir, oxumağı xoşuma gəlir. Şəbnəmdə çoxlarına qıcıq veren onun repertuarıdır. Onu qınaq edənlərin oxumaqdan başqa hər şeyi var. Gündəmdə olmaq o demək deyil, siz gözəl oxuyursunuz. Şəbnəmin çörəyi bu cür oxumaqdan çıxır. Məclisdə o ritmli mahnılar oxuyurlar. Onun oxuya bildiyini sübut edəcəm. Şəbnəm Tovuzluya elə bir repertuar seçib oxudacam ki... Ona bayağı ifaçı deyənlər görüm nə deyəcəklər".  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!