Rusiyada son sutkada daha 40 933 nəfər COVID-19-a yoluxub. Bununla da Rusiyada COVID-19-a yeni maksimum gündəlik yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, hazırda Rusiyada virusa yoluxanların sayı 8 513 790 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 158 nəfər artaraq 238 538-ə yüksəlib. Pepperoni pizza
Rusiyada indiyədək koronavirusa yoluxan 7 358 539 nəfər sağalıb.
Telegram kanalımız