Koronavirus Azərbaycanda kosmetoloji bazarı alt-üst etdi - Qiymətlər 50 faizdən çox artdı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus Azərbaycanda kosmetoloji bazarı alt-üst etdi - Qiymətlər 50 faizdən çox artdı

İqtisadiyyat

24 Fevral 2020 12:27 529


Koronavirus təhlükəsi kosmetoloji bazarı da alt üst edib. İstər kosmetik məhsullar, istərsə də kosmetoloji prosedurların qiymətləri 50 faizdən çox artıb. Yenisabah.az xəbər verir ki, bu barədə Xəzər TV-nin kosmetika bazarındakı son vəziyyətlə bağlı hazırladığı materialda bildirilir. Kosmetoloqların sözlərinə görə, əvvəllər adi bir prosedur üçün 50-100 manat tələb olunurdusa, artıq bu 2 dəfədən çox bahalaşıb. Bununla yanaşı müştərilərin seçim imkanı da azalıb. Artıq insanlar Avropadan gələn bahalı məhsullara müraciət etməli olurlar ki, bu da bəzilərinin büdcəsinə uyğun olmur. Kosmetik məhsullar bazarında da artım var. Mağazalar Çindən məhsul gəlməməsinin bazara ciddi təsir etdiyini bildirirlər. Satıcıların sözlərinə görə, artıq ucuz məhsul olmadığından alıcılar daha çox nisbətən bahalı məhsullara müraciət etməli olurlar. Qeyd edək ki, kosmetika bazarının 70 faizini məhz Çin məhsulları tuturdu. https://www.youtube.com/watch?v=TMcE9k_zc78&feature=emb_title&fbclid=IwAR3ijjiGzLNXEaKqhN85guBpa5uEXueW09aZZaSfKaYaigoYLM5fY1sg6OE
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!