Son vaxtlar bütün dünyanı narahat edən koronavirusla bağlı müxtəlif məlumatlar yayılır, ondan qorunmağın yolları göstərilir.
Yenisabah.az xəbər verir ki, həmin məlumatlar arasında cəmiyyətin doğru hesab etdiyi, əslində isə sadəcə dezinformasiya olan xəbərlər kifayət qədərdir.
Məsələn, iddia edilir ki, koronavirus yeni çıxan ən təhlükəli virusdur. Bu iddianın heç bir əsası yoxdur. pizza hut
Çünki bu virus yeni deyil. Koronavirus 2003-cü ildə SARS (Şiddətli Kəskin Respirator Sindromu), 2012-ci ildə isə MERS (Yaxın Şərq tənəffüs sindromu) şəklində özünü büruzə vermişdi. Koronavirus təhlükəli xəstəlik sayılır, ancaq ən təhlükəli deyil.
Koronavirusa yoluxanların mütləq öləcəyi barədə iddialar da əsassızdır.
Hər koronavirus xəstəsi dünyasını dəyişmir. Bunun faiz göstəricisi zənn edildiyi qədər yüksək deyil. Normal qrip xəstəliyindən ölən insanlar koronavirusdan ölənlərdən 60 dəfə çoxdur. Koronavirusa yoluxanlar əsasən xroniki xəstəliyi səbəbindən immuniteti zəif olanlar və yaşlılardır. Həmin insanlar virusdan qorunmaq üçün daha diqqətli olmalı, immun sistemini gücləndirməlidirlər.
Koronavirusdan qorunmağın mümkün olmadığı barədə məlumatlar da sadəcə panika yaratmaq, yaxud naməlum məqsədlər üçün dövriyyəyə buraxılıb.
Lazımi tədbirlər görülsə, koronavirusdan qorunmaq mümkündür. Xəstəliyin başlıca yoluxma yolu öskürək və asqırma yolu ilə yayılan tüpürcəklərdir. Bu səbəbdən insanlarla yaxın təmasdan çəkinin. Xəstə insanlarla qucaqlaşmaq, öpüşmək yolverilməzdir. Çünki virus yaxınlıqdakı insanın ağız, burun və göz qişasına keçə bilər.
Əllərin təmiz saxlanılması vacib detallardandır. Əlləri yumaq, spirt və digər dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir. Öskürüb asqırarkən ağzınızı və burnunuzu quru salfetlə tutun. Daha sonra isə həmin salfeti qapalı zibil qabına atın və əllərinizi yuyun.
Soyuqdəymə, qızdırma və öskürmə kimi simptomlar olan insanlarla təmasda olmayın. Bu simptomlardan hər hansı biri sizdə varsa, mütləq həkimə müraciət edin.
İnsanlar hesab edir ki, koronavirusdan qorunmağın tək yolu xüsusi maskalar və geyimlərdir.
Xeyr. Maskalar və xüsusi geyimlər adətən xəstəliyin geniş yayıldığı ərazilər üçün tətbiq olunur. Gündəlik həyatda isə bunlara ehtiyac yoxdur. Kütləvi yerlərdə maskalardan istifadə edə bilərsiniz.
Telegram kanalımız