“Koronavirus bizi heç vaxt tərk etməyəcək” - Virusoloq

“Koronavirus bizi heç vaxt tərk etməyəcək” - Virusoloq

Sağlamlıq

06 Fevral 2022 14:58 864


Koronavirusun yayılması getdikcə aşağı düşəcək, amma xəstəlik yoxa çıxmayacaq.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı virusoloq Anatoli Alşteyn deyib.

“Dünyada kifayət qədər peyvənd olunmuş insanlar var, çoxlu sayda peyvəndlər yaradılıb və bir çox insan xəstəliyi keçirib. Nəticədə virusla bağlı proqnozlar zəifdir”, – virusoloq bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, koronavirus insanları tərk etməyəcək:

“Koronavirus qalacaq. Biz immunlaşmağa davam edəcəyik, amma xəstəlik artıq pandemiya səviyyəsində olmayacaq. Normal həyat olacaq, amma bu virusla biz uzun müddət məşğul olacağıq”./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!