"Koronavirus son nəticədə qripə bənzər "əbədi virus"a çevriləcək”.
Yenisabah.az CNBC-yə istinadla xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının çiçək xəstəliyinin aradan qaldırılmasına kömək edən qrupunun üzvü, tanınmış epidemioloq Larri Brilliant bildirib.
Onun sözlərinə görə, dünya əhalisinin yalnız kiçik bir hissəsinin COVID-19 əleyhinə peyvənd edildiyini nəzərə alsaq, pandemiya tezliklə bitməyəcək. "Delta variantı indiyə qədər mövcud olan bəlkə də ən yoluxucu virusdur". pizza mizza
Brilliant qeyd edib ki, dünya əhalisinin yalnız 15%-i, 100-dən çox ölkədə isə əhalinin 5%-dən azı vaksiasiya olunub. "200-dən çox ölkədə hər kəsi peyvənd etməsək, koronavirusun sonda əbədi, qripə bənzər bir virus olacaq”.
Telegram kanalımız