Koronavirus insanlarda karlıq yaradır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus insanlarda karlıq yaradır

Sosial

02 Avqust 2020 11:44 1383


Koronavirusdan sağalan insanlarda eşitmə ilə bağlı problemlər yaranıb.

Yenisabah.az xəbər verir ki, Mançester Universitetinin alimlərinin bununla bağlı tədqiqatları “American Journal of Otolaryngology” nəşrində dərc edilib.

Mütəxəssislər koronavirusdan sağalan 121 nəfəri nəzarətdə saxlayıblar. Onlardan 16-sı eşitmələrinin zəiflədiyini bildirib. Bu problem onlar xəstəxanadan çıxdıqdan iki ay sonra yaranıb. pizza mizza

Mütəxəssislərin fikrincə bu, eşitmə siniri boyunca siqnalların beyinə ötürülməsinin pozulduğu eşitmə nevropatiyası ilə bağlı ola bilər.

Bununla birlikdə alimlər stress və infeksiyaya qarşı istifadə olunan dərmanların da koronavirusdan sağalanlarda eşitmə ilə bağlı problem yarada biləcəyini düşünürlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!