Koronavirus can almağa davam etməklə yanaşı illər sonra bir ilkin yaşanmasına da səbəb olub.
Yenisabah.az xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Yeni Zelandiya baş naziri Casinda Ardern Avstraliyada kabinet iclasına qatılıb. Avstraliyalı həmkarı Skott Morrison tərəfindən dəvət olunan Ardern koronavirus tədbirlərindən sonrakı səyahət planları barədə fikir mübadiləsi aparıb. Mart ayından etibarən giriş və çıxışları bağlayan iki ölkə də məhdudiyyətləri qarşılıqlı şəkildə qaldırmağı planlayır.
Bildirək ki, Yeni Zelandiyaya gələn turistlərin 40 faizinin avstraliyalı , Avstraliyadakı turistlərin isə 15 faizinin Yeni Zelandiya vətəndaşı olduğu müəyyənləşib. Məhz bu səbəblə həmkarlar turizmi qarşılıqlı canlandırmaq qərarına gəliblər. Sezar pizza
Qeyd edək ki, Yeni Zelandiyada bugünədək 1486 nəfər virusa yoluxub, 20 nəfər isə ölüb. Avstraliyada isə yoluxanların sayı 6 min 847, həyatını itirənlər isə 96 nəfərdir.
Telegram kanalımız