Koronavirus Parkinson xəstəliyinə səbəb ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus Parkinson xəstəliyinə səbəb ola bilər

Sağlamlıq

25 Sentyabr 2020 01:31 812


Koronavirus Parkinson xəstəliyi riskini artırmaq qabiliyyətinə malikdir.

Yenisabah.az xəbər verir ki, Avstraliyanın Flori İnstitundan olan neyrobioloqlar qrupu belə bir qənaətə gəlib.

Mütəxəssislər müxtəlif amillərin xəstəliyin başlanmasına necə təsir etdiyini anlamaq üçün “ikiqat zərbə fərziyyəsi”ni təqdim ediblər. Dördpendirli pizza

Ehtimal olunur ki, ilkin virus infeksiyası neyronların iltihabına səbəb ola bilər və bu, beyni növbəti güclü nevroloji hadisəyə həddindən artıq cavab reaksiyasına hazırlayır.

İkinci zərbə neyronların anormal reaksiyaları ilə nəticələnir, ardınca da neyrodeqradasiya başlayır. Bu isə nəticədə Parkinson xəstəliyinə səbəb olur.

Alimlər, SARS-CoV-2-nin neyrotrop bir virus (beyin toxumasını zəbt etmə qabiliyyətinə malik) olduğunu göstərən məqalələrə də diqqət çəkiblər. Belə məqalələrin günü-gündən artığı qeyd olunur. Onlar hesab edirlər ki, bu tədqiqatlar zamanı üzə çıxan faktlar koronavirusun Parkinson xəstəliyinin inkişafı üçün bir tətikləyici ola biləcəyini göstərir.

Bundan başqa, 1918-ci ildə olan “İspan qripi” epidemiyasına dair məlumatlar da “ikiqat zərbə fərziyyəsi”nə  dəlil gətirilib. Həmin vaxt pandemiyanın bitməsindən beş il sonra Parkinson xəstələrinin sayı təxminən üç dəfə artmışdı. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!