Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayını açıqlayıb.
"Yeni Sabah" "RİA Novosti"yə istinadən xəbər verir ki, 17 fevrala olan məlumata görə, virusa yoluxanların sayı 25 ölkədə 694 nəfərdir. Bu barədə ÜST-ün baş direktoru Tedros Adxanom Qebreyesus məlumat verib.
Üç nəfər isə xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Çində 70 min 635 nəfər bu virusun daşıyıcısıdır. İndiyədək xəstəlikdən 1722 nəfər isə dünyasını dəyişib. Telegram kanalımız