Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 200,1 milyonu keçib.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Məlumata görə, dünyada COVID-19-a 200 174 883 yoluxma halı aşkarlanıb. Son sutkada daha 658 630 nəfərin koronavirusa yoluxması məlum olub. pizza sifarişi
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 255 892 nəfərə çatıb. Son 24 saat ərzində isə 10 215 pasiyent isə vəfat edib.
ÜST-ün statistikasına əsasən, təsdiqlənmiş yoluxma hallarının çoxu ABŞ-da qeydə alınıb – 35 125 227. Onun ardınca Hindistan (31 812 114), Braziliya (19 985 817), Rusiya (6 379 904), Fransa (6 068 252), Böyük Britaniya (5 952 760), Türkiyə (5 822 487), Argentina (4 961 880), Kolumbiya (4 807 979), İspaniya (4 545 184), İtaliya (4 369 964) və İran (4 019 084) gəlir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Telegram kanalımız