İngiltərəli mütəxəssislər koronavirusun uşaqlarda I tip diabetə yol aça biləcəyini xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, sözügedən araşdırma ölkədə karantin tədbirlərinin tətbiqinə başlanıldığı 23 martla, məhdudiyyətlərin aradan qaldırılmağa başladığı 4 iyun tarixləri arasında Londondakı 4 xəstəxanaya gələn və ilk dəfə diabet diaqnozu qoyulan uşaqlarla bağlı məlumatlara əsaslanır.
Elm adamları daha əvvəlki zamanlarla müqayisədə xəstəxanalara gələn diabet xəstələrinin sayının əvvəlkinin təxminən iki qatına çatdığına və 30-a qədər xəstənin yarıdan çoxunun vəziyyətinin ağır olduğuna diqqət çəkib. Dördpendirli pizza
Qeyd edək ki, elm adamları koronavirusun diabetə yol açdığını sübut edə bilməsələr də, ilk dəfə bu qədər güclü bir potensial bağ qurulduğunu düşündüklərini söyləyib. /Moderator.az
Telegram kanalımız