Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI

Sağlamlıq

04 Sentyabr 2020 11:29 824


Steroid dərmanları (iltibab əleyhinə) yeni növ koronavirusa (COVID-19) yoluxanlarda ölümün qarşısını ala bilir.

Yenisabah.az e-tibb.az-a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və İngiltərədən olan alimlərin ortaq şəkildə apardıqları araşdırmaya görə, steroid dərmanları yeni növ koronavirusa (COVID-19) yoluxanlarda ölüm nisbətlərini 20 faiz azaldır. “Journal of American Medical Association”da dərc olunan məqaləyə görə, ÜST və Bristol Universitetinin Milli Sağlamlıq Araşdırmaları İnstitutu tərəfindən aparılan araşdırmada, 12 ölkədə COVID-19 xəstələrində üç fərqli steroid istifadəsi ilə bağlı yeddi iş analiz edilib.

Araşdırmada mütəmadi olaraq steroid (deksametazon, hidrokortizon və metilprednizolon) qəbul edən 678 və etməyən 1025 xəstə 28 gün izlənilib. Steroid dərmanlarının COVID-19-dan ölüm nisbətini təxminən 20 faiz azaltdığı sübut edilib. pizza mizza

Bristol Universitetindən tibbi statistika və epidemiologiya üzrə professoru Conatan Sterne bildirib ki, steroidlər COVID-19-un ən çox təsir etdiyi insanlarda ölüm hallarının azaldılması üçün ən təsirli, ucuz və asanlıqla əldə edilən dərmanlardır. Tədqiqat nəticələri göstərib ki, bu dərmanların yaş və cinsiyyətdən asılı olmayaraq hər kəsə müsbət təsir göstərib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!