Koronavirusa yoluxan şəxs xəstəxanadan qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan şəxs xəstəxanadan qaçdı

Hadisə

14 Aprel 2020 10:20 611


Türkiyədə maraqlı hadisə baş verib. Koronavirusa yoluxan şəxs xəstəxanadan qaçıb 

Yenisabah.az xəbər verir ki, hadisə Türkiyənin Dənizli bölgəsində yaşanıb. Sarıköy qəsəbəsində yaşayan şəxsdə koronavirus simptomları aşkarlandıqda sonra o, Dənizli Dövlət Xəstəxanasına yerləşdirilib. Həkimlər bir müddət sonra nəzarət otağında saxlanılan Ufuk G adlı şəxsin yerində olmadığını görüblər. Hadisə yerinə dərhal polislər gəlsələr də, onu xəstəxanada tapmaq mümkün olmayıb. Nəhayət şəxs Honaz bölgəsində polis dəstələri tərəfindən ələ keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!