Koronavirusa yoluxan xəstələri müalicə edən 3 həkim intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxan xəstələri müalicə edən 3 həkim intihar etdi

Hadisə

06 May 2020 16:43 723


Rusiyada koronavirusa yoluxan xəstələri müalicə edən üç həkim özlərini xəstəxana pəncərəsindən atıblar.

Yenisabah.az xəbər verir ki, hadisələr həkimlərin iş şəraitinin ağırlığını ortaya çıxarıb. Mövcud vəziyyəti tənqid edən Elena Nepomnyaşçaya və Natalya Lebedeva ötən həftə ölüb. Digər intihar edən təcili yardım briqadasının həkimi Aleksandr Şulepovun isə vəziyyəti ağırdır. Onun Kosyakin adlı həmkarı yayımladığı videoda Şulepovun koronavirusa yoluxduğu halda işləməyə məcbur qaldığını, bu səbəblə intihar etdiyini deyib. 

Rusiyanın Səhiyyə Nazirliyi isə dərhal açıqlama verərək Şulepovun diqqətsizlikdən qəza qurbanı olduğunu və hazırda müalicə olunduğunu diqqətə çatdırıb.  pizza mizza

Bildirək ki, Kosyakin daha əvvəl xəstəxana rəhbərliyini sosial şəbəkədə tənqid edərək tibbi ləvazimatlarda çatışmazlıq olduğunu vurğulamışdı. Bu hadisədən sonra o polislər tərəfindən sorğulandıqdan sonra sərbəst buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!