Koronavirusa yoluxanlar bu halda dərhal təcili yardım çağırmalıdırlar   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxanlar bu halda dərhal təcili yardım çağırmalıdırlar - AÇIQLAMA

Sağlamlıq

02 Sentyabr 2021 23:25 2081


Xəstələr çox yorğundurlarsa, hərəkət edə bilmirlərsə, qızdırmaları düşmürsə, nəfəs darlığı başlayıbsa, təcili yardıma zəng etməlidirlər. Onların klinikaya yerləşmələri tövsiyə olunur.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.

O bildirib ki, xəstələr ilk növbədə öz bədənlərində baş verən dəyişiklikləri hiss etməli, bilməlidirlər: pizza hut

“Qızdırma, öskürək olduqda qorxmaq, panikaya düşmək lazım deyil. Qızdırma bütün virus mənşəli xəstəliklərdə müşahidə edilə biləcək simptomdur. Xəstələrə tövsiyə edirik ki, əgər, qızdırma hərarət salan dərmanlara cavab verirsə, yəni dərmanlar vasitəsilə qızdırma düşürsə, o zaman bu qızdırmadan qorxmasınlar. Həmçinin, nəfəsi 10 saniyənin üzərində saxlaya bilirlərsə, panikaya düşməsinlər. Yox əgər, evdə müalicə alan xəstələrdə qızdırma düşmürsə, nəfəs alarkən öskürək, qıcıqlanma olursa, dərhal təcili yardım çağırmaq lazımdır. Bəzən xəstələr klinikaya yatmaqda gecikirlər. Bu məsələ çox önəmlidir”./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!