Koronavirusa yoluxanlar əvvəl arıqlayır, sonra kökəlir...

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusa yoluxanlar əvvəl arıqlayır, sonra kökəlir...

Sağlamlıq

23 İyul 2021 08:30 886


Koronavirusa yoluxmuş insanlar xəstəlikdən sağalandan sonra kökəlmə problemi ilə üzləşə bilərlər. Kökəlmə riski daha çox qalxanvari vəzidə problemi olan və mikroelementlərin çatışmamazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə oluna bilər. Bu haqda gazeta.ru rusiyalı həkimlərin rəyinə əsasən yazır.

Məsələ ondadır ki, xəstəlik müddətində virus mərkəzi sinir sisteminə təsir edir və intoksikasiya baş verir, həmçinin insan xəstəlik zamanı dadbilmə qabiliyyətini itirir. Bütün bunlar insanın iştahının pozulmasına səbəb olur. Sağaldıqdan sonra isə iştah kəskin sürətdə artır və bu da piylənməyə gətirir.

Həkimlər qeyd edir ki, ümumiyyətlə, COVİD-19 orqanizmdəki problemləri və çatışmazlıqları daha da artırır. Ekspertlərin fikrincə, qlükoza insan orqanizmi üçün əsas enerji mənbələrindən biridir, lakin lazımi nutriyentlərin çatışmamazlığından qlükozanı yandıran anatomik proseslər baş vermir, buna görə də çatışmamazlıq orqanizmdə piyə çevrilir, bu da, təbii ki, piylənməyə gətirir. Bir tərəfdən orqanizmin enerjiyə eytiyacı var, və enerji istifadə olunur, digər tərəfdən isə həmin enerji tam istifadə olunmur, çünki koronavirus orqanizmdəki çatışmamazlıqları daha da çoxaldır. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!