Koronavirusdan müalicə olundular, xərçəngdən sağaldılar

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan müalicə olundular, xərçəngdən sağaldılar

Sağlamlıq

24 Yanvar 2021 10:32 893


Covid-19-dan müalicə olunan limfoma xəstələrinin daha sonra bu xərçəng növündən xilas olduğu ortaya çıxıb.

Yenisabah.az xarici KİV-nə istinadən xəbər verir ki, xərçəngin limfoma növündən əziyyət çəkən bir qrup xəstə virusa yoluxan zaman müalicəsini dayandırıb və Covid-19-a qarşı müalicə almağa başlayıb. 4 aydan sonra onlarda limfoma xərçəng növünün yoxa çıxdığı aşkarlanıb.

Beləliklə, xəstələr koronavirusdan müalicə olunarkən limfoma xəstəliyindən də xilas olublar. Pepperoni pizza

Bu xəstəlik üzərində araşdırma aparan alimlər bildirir ki, yoluxan şəxslərin müalicə dövründə immun sistemi güclənir və nəticədə limfoma hüceyrələri məhv olur.

Axşam.az-ın yazdığına görə, hazırda tədqiqatlar davam etdirilir. Koronavirusun digər xərçəng növlərindən əziyyət çəkən xəstələrə təsiri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!