Koronavirusdan sağalanlar yenidən yoluxa bilər?   - CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusdan sağalanlar yenidən yoluxa bilər? - CAVAB

Sağlamlıq

14 Avqust 2020 15:15 1128


"Qrip kimi kəskin respirator virus infeksiyalarına qarşı orqanizmdə immunitetin yaranması çətin və gec olur, amma yaranır".

Yenisabah.az xəbər verir ki, bunu həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.

E.Elsaroğlu qeyd edib ki, payız-qış aylarında hər il qrip olanlar da olub, özünə yaxşı baxıb xəstələnməyənlər də. Qripi hərə bir cür keçiririb, amma yeni koronavirusun bəlli simptomları olanlarda və ya simptomsuz olanlarda diaqnozu qoyduqdan sonra erkən müalicəyə başlamaqla daha yaxşı nəticə almaq mümkündür. Sezar pizza

Onun sözlərinə görə, virusa yoluxanların bədənində bu xəstəliyə qarşı immunitet yaranır.

Həkim maraqlı bir məqamı oxucuların diqqətinə çatdıraraq bildirib ki, bu ştam onsuz da bir də təkrar olunmayacaq. Sonralar peyda olunan ştam tamamilə başqası olacaq. Ona görə də bu variant və insanların təkrar xəstələnməsi mümkün deyil, xəstələnələr də, yüngül soyuqdəymə kimi keçirə bilərlər.

Dr. Eldaroğlu bir çox insanların bu virusu "ayaqüstü" keçirdiyini də vurğulayaraq əlavə edib ki, immuniteti yaxşı olanlar, yaxud dərmanlarla yanaşı çörəkotu, propolis tinktura və buğda rüşeymli məcun qəbul edən xəstələr 20 günə yox, 7-10 günə sağalıblar.

"Dünyanın bioloji silahlarını işə salanlar fərqli ştam və ya bir neçə canlıdan hazırlanmış daha yeni növ virus yaymasalar, biz qalib gəldiyimiz bu virusa yoluxmayacağıq. Virus mutasiyaya uğrayaraq məhv olur. Ümumiyyətlə virus uzun müddət bədəndə yaşaya bilmir", - deyə həkim sonda vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!