Koronavirusla bağlı serial çəkilir

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla bağlı serial çəkilir

Rəsmi

03 Aprel 2020 01:15 994


Koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyə əhalisinin böyük əksəriyyəti, o cümlədən aktyorlar vaxtlarını evlərində keçirirlər.

Yenisabah.az xəbər verir ki, bununla bağlı ölkənin TRT 1 kanalında yeni serialın çəkilişlərinə start verilib.

Hazırda dünyanın ən aktual şüarı olan "Evdə qal!”a uyğun olaraq "Ev halı” adlı serial sənətçilərin evlərindən çəkdikləri videolar əsasında hazırlanır. Marqarita pizza

Serialın prodüser, ssenarist və rejissorluğunu öz üzərinə götürən Birol Güven həm də baş rolun ifaçısıdır. Bu barədə danışan B.Güven yeni ekran əsərinin insanların xəstəliklə bağlı maarifləndirilməsi, evdə keçirdikləri vaxtın səmərəli istifadəsi baxımından da əhəmiyyətli olduğunu bildirib. /AZƏRTAC


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!