Koronavirusla mübarizədə peyvənddən səmərəli yol yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla mübarizədə peyvənddən səmərəli yol yoxdur

Sağlamlıq

11 Yanvar 2021 17:49 931


Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında, o cümlədən, yeni növ koronavirusla (COVİD-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, hələ də bu bəladan xilas olmadığımız hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər: pizza sifarişi

“Bu baxımdan hələ də tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Onu da bildirməliyik ki, koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan dövlətinin əzmkarlığı, ardıcıl təxirəsalınmaz mübarizə tədbirləri, xalqımızın məsuliyyəti ilə bu sınaqdan çıxa bildik”.

Komitə sədri qeyd edib ki, görülən işlər və operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib, laboratoriyalar alınıb, həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əmək haqlarının 3-5 misli həcmində maaş alırlar, bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi və s:

“Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında o cümlədən, yeni növ koronavirusla (COVİD-19) mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş, videoformatda keçirilən müşavirədə bununla bağlı dövlət başçımız bildirdi ki, “Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!