Koronavirusun daha qədim mənşəyi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun daha qədim mənşəyi tapıldı

Sağlamlıq

19 Sentyabr 2021 15:37 1294


Parisin Paster Universiteti və Laos Milli Universitetinin tədqiqatçıları SARS-CoV-2 koronavirusunun təbii mənşəyinə dair yeni sübutlar açıqlayıblar.

Yenisabah.az xəbər verir ki, alimlər bir neçə ay ərzində Cənub-Şərqi Asiyada 46 növ yarasa üzərində müşahidələr aparıblar. Nəticədə Laosun mağaralarında yaşayan heyvanlarda koronavirusun Uhan tipinə bənzər üç virus aşkar edilib.

Mütəxəssislərə görə, BANAL-52, BANAL-103 və BANAL-236 virusları bu gün elmə məlum olan SARS-CoV-2-nin mənşəyi sayılır. Toyuqlu pizza

Lakin SARS-CoV-2-dən fərqli olaraq müəyyən edilmiş patogenlərin heç birində bədənə asanlıqla daxil olan infeksiyalar qeydə alınmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!