Koronavirusun daha təhlükəli tipi aşkar edilib

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun daha təhlükəli tipi aşkar edilib

Sağlamlıq

27 İyul 2020 17:08 759


Vyetnamın Dananq şəhərində və ətraf bölgələrdə koronavirusun daha təhlükəli tipinə yoluxma faktları aşkar edilib.

Yenisabah.az xəbər verir ki, mütəxəssislər virusun bu tipini əvvəlkilərə nisbətən daha aqqresiv və təhlükəli hesab edir.

Hazırda xəstəxanalarda 4 bu cür xəstə müalicə olunur. Onlardan iki nəfəri süni nəfəs aparatına qoşulub. Dördpendirli pizza

Virusun daha sürətlə artdığı deyilir. Ekspertlər bu tip koronavirusun yaranmasının iki mümkün səbəbini müəyyən edib.

Onların fikrincə, bu virus qeyri-leqal miqrantların ölkəyə daxil olması ilə yayılıb, yaxud da Danaq şəhərində xəstəxana şəraitində mutasiyaya uğrayıb.

Qeyd edək ki, Vyetnamda bu günədək 423 nəfər koronavirusa yoluxub, onlardan 365 nəfəri sağalıb. Ölüm faktı isə qeydə alınmayıb. Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!