Koronavirusun ən təhlükəli ştammı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun ən təhlükəli ştammı açıqlandı

Sağlamlıq

08 İyun 2021 09:23 1143


Koronavirusun Delta variantı (Hindistan ştammı) Böyük Britaniyada son infeksiya dalğasına səbəb olan Alfa variantından 40 faiz daha çox yoluxucudur.

Eyni zamanda, iki doza peyvənd almış insanlar SARS-CoV-2-nin istənilən təhlükəli variantından eyni dərəcədə qorunmalıdır.

“Yeni Sabah” Milli.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress"də qeyd olunur. Dördpendirli pizza

Böyük Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, Hindistan ştammı olaraq bilinən SARS-CoV-2-nin Delta variantı hazırda Britaniyada üstünlük təşkil edir.

Mütəxəssislər müəyyənləşdiriblər ki, ikiqat peyvəndləmə koronavirusun həm Alfa, həm də Delta variantına qarşı eyni qoruma təmin edir.

Tək bir doza Hindistan ştammına qarşı o qədər təsirli deyil. Britaniyanın Səhiyyə naziri Metyu Henkun sözlərinə görə, indiyə qədər xəstəxanalara müraciətlərin sayı azalıb və hər iki dozada peyvənd olunduqdan sonra COVID-19 səbəbiylə çox az insan xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!