“Koronavirusun mövsümiliyi təsdiqlənməyib” - ÜST

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusun mövsümiliyi təsdiqlənməyib” - ÜST

Sağlamlıq

28 İyul 2020 16:45 730


COVID-19 xəstəliyinə səbəb olan koronavirusun mövsümi xarakteri hazırda təsdiqlənməyib.

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris açıqlayıb.

“Mövsüm virusun ötürülməsinə təsir göstərmir”, - deyə, o bildirib. pizza mizza

Onun dediyinə görə, buna koronavirusun həm şimal, həm də cənub yarımkürəsində fərqli mövsümlərdə, fərqli enliklərdə yerləşən bir sıra ölkələrdə sürətlə yayılması sübutdur.

Harris bildirib ki, xəstəliyin yayılmasında sosial məsafəni qorumayan insanların təsiri çoxdur.

O, qripin koronavirusdan fərqli olaraq, mövsümi xəstəlik olduğunu da qeyd edib.

ÜST mövsümi qripin koronavirusun yayılması ilə üst-üstə düşəcəyi təqdirdə səhiyyə sistemlərinin tamamilə yüklənəcəyindən narahatdır.

Harris izah edib ki, koronavirusun hazırkı mərhələsi birinci mərhələ olaraq qəbul edilməlidir, ikincisi isə gah artıb, gah azalan “böyük dalğa” olaraq gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!