Koronavirusun “Omikron” ştammı 38 ölkədə aşkar edilib

Koronavirusun “Omikron” ştammı 38 ölkədə aşkar edilib

Sağlamlıq

03 Dekabr 2021 22:40 1295


Koronavirusun "omikron" ştammı hazırda 38 ölkədə aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümudünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerkxove bildirib.

Onun sözlərinə görə, söhbət ÜST-nin “hər altı regionunda” yerləşən dövlətlərdən gedir.

Ekspert bildirib ki, Cənubi Afrikadan gələn məlumata görə, orada virusa yoluxanların sayı artır:

Omikron ştammının daha yüksək keçicilik səviyyəsinə malik olması ehtimalı var".

"Amma hələ də dünyada üstünlük təşkil edən “delta” variantı ilə müqayisədə onun az və ya çox yoluxucu olduğunu bilməliyik"./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!