Koronavirusun qarşısını necə almaq olar? – Ölkələr arası yoxlama rejimi

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun qarşısını necə almaq olar? – Ölkələr arası yoxlama rejimi

Sağlamlıq

08 Mart 2020 09:16 2706


Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. CoVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, 60 ölkədə yayılıb.

Koronavorusun simptomları nədir?

Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin hospitalizasiyasına ehtiyac yarana bilər. Dördpendirli pizza

Bu simptomların sizdə olması sizin koronavoris tutduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir.

Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.

Yaşlı insanlar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirə bilər.

İnfeksiyanı tutmaq və simptomların özünü göstərməsi arasındakı zaman - inkubasiya dövrü 14 gün çəkə bilər, Dünya Səhiyyə Təşkilatı (WHO, ÜST) deyir.

Lakin bəzi araşdırmaçılar bu dövrün 24 günədək davam edə biləcəyini qeyd edir.

Özünüzü necə qoruya bilərsiniz?

Əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır.

Koronavirusun insandan-insana necə yayılması hələ aydın deyil. Lakin oxşar viruslar hava-damcı yolu ilə keçir.

Odur ki, asqırma və öskürmə zamanı ağız-burnu dəsmalla tutmaq, əlləri yumadan üzə-gözə vurmamaq və xəstə insanlarla yaxın əlaqədə olmamaq önəmlidir.

Sizdə koronavirus olduğunu düşünürsünüzsə, nə etməli?

Özündə respirator xəstəlik əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər.

Koronavirusa görə yoxlanmaq istəyənlərə "ən yaxın klinika" yox, təcili yardım xidmət göstərir. Bunun üçün 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etmək lazımdır.

Hazırda xəstəliyin geniş yayıldığı bölgələrdən gələnlər və ya onlarla təmasda olanlar, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olanlar analiz verməlidir.

Nə qədər sürətli yayılır?

Dünyaboyu hər gün xəstələnənlərin sayı artır. Lakin mütəxəssislər hesab edir ki, xəstələrin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır.

Xəstəliyin episentri Çinin Uhan şəhərində yerləşır. Lakin artıq dünyanın 60 ölkəsində bu xəstəliyin olması təsdiqlənib.

Xəstəliyin yayıldığı ilk günlərdə yoluxanların demək olar ki, hamısı Uhana səfər edənlər idi. İstisnanı Tailandda baş verən bir yoluxma halı təşkil edir. Burada yoluxmanın mənbəyi heyvan olub.

Nə qədər ölümcüldür?

ÜST-un 56 min pasiyent arasında apardığı sorğu nəticəsində aydın olub ki, yoluxanların hər beş nəfərindən dördündə simptomlar mülayim olur.

Daha dəqiq, yoluxanların 80 faizində simptomlar yüngül, 14 faizində kəskin, 6 faizində isə kritik olub. Xəstəlikdən ölənlər 1-2 faiz təşkil edib, lakin bu məlumatlar dəqiq deyil.

Bunu qriplə müqayisə etsək, hər il bu xəstəlik 290 000-650 000 ölümə səbəb olur. Eynilə, hər il qripin kəskinliyi də artır.

Hazırda müalicə çox sadə məsələyə - nəfəs sisteminə dəstək verməyə əsaslanır.

Lakin vaksin hazırlanması üzərində iş gedir və il sonunadək onun hazır olacağı güman edilir.

Xəstəxanalar müalicə üçün təsirini yoxlamaq üçün anti-viral dərmanlardan da istifadə edir.

Virusu necə dayandırmaq olar?

Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir.

Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.

Əlavə olaraq - kütləvi toplaşmağa və səyahətə məhdudiyyətlər qoyula bilər.

Virus haradan gəlib?

Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.

Yeni virusların ortaya çıxması mütəmadi prosesdir.

Bəzi hallarda bir müddət gözə dəyməyən virus heyvanlardan insana ötürülə bilər.

"Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronavirusun heyvanlardan (insana) keçməsini görərik", - Nottingham Universitetinin virusoloqu prof. Jonathan Ball deyir.

Yarasalarda başlayan Şiddətli Kəskin Respirator Sindromu (SARS) palma pişiklərinə - onlardan isə insanlara keçdi.

2002-ci ildə SARS 774 nəfərin ölümünə bais olmuşdu.

"SARS yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. Amma biz belə xəstəlik növləri ilə mübarizə aparmağa daha çox hazırıq", - Wellcome Trust-dan doktor Josie Golding deyir.

2012-ci ildə Yaxın Şərq tənəffüs sindromu (MERS) baş qaldırdı. O vaxtdan bəri bu xəstəliyə düçar olan 2,494 xəstədən 858-i vəfat edib.

Lakin müntəzəm olaraq birhürgüclü dəvələrdən keçən yoluxma halları qeydə alınır.

Hansı heyvandan ötürülüb?

Heyvanların saxlanıldığı yer (virusun yayılmağa başladığı ilk məkan) aşkar edildikdən sonra problemin həlli xeyli asanlaşır.

Koronavirus hadisələri Uhandakı cənubi Çin dəniz məhsullarının topdan satış bazarı ilə əlaqələndirilir.

Bəzi dəniz məməliləri (Ağ balina kimi) koronovirus daşıyıcısı ola bilər. Lakin böyük bir ehtimalla virusun daşıyıcısı bu bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub.

Virusların mütəmadi olaraq dəyişib inkişaf edəcəyini gözləmək olar. Ancaq bunun mümkün nəticələrini izah etmək daha çətindir.

Yeni koronavirus bir canlıdan digərinə ötürülür. Mutasiya nəticəsində onun insandan insana keçməsi asanlaşa bilər. Həmçinin, xəstəliyin simptomları da kəskinləşə bilər. Bunlar alimlərin diqqət mərkəzində qalan məsələlərdir.

Niyə Çin?

Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar, Edinburgh Universitetindən Prof. Mark Woolhouse bildirir.

"Növbəti alovlanmanın Çində və ya dünyanın bu hissəsində əmələ gəlməsi heç kimi təəccübləndirməyib"./BBC


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!