Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO

Sağlamlıq

31 Oktyabr 2020 10:00 1722


COVID-19-a yoluxan insanların ayaq barmaqlarında qıcıqlanma və qızartı yarana bilər.

“The Telegraph”ın məlumatına görə, koronavirusun yeni və gözlənilməz simptomu barədə beynəlxalq Dermatoloji Cəmiyyətləri Liqası və Amerika Dermatoloji Akademiyasının alimləri birlikdə tədqiqat aparıblar.

Donvurmaya bənzəyən simptomlar bir-dörd həftə davam edir və ayaqların şişməsinə səbəb ola bilir. Ancaq bəzi xəstələrdə simptomların bir neçə ay davam etdiyi hallara da rast gəlinib. pizza mizza

Qeyd edək ki, beynəlxalq COVID-19 Dermatoloji Reyestrində oxşar hallarla qarşılaşmış koronavirus xəstələri qeydiyyata alınıb. Bu xəstələrin təxminən yarısında ayaq iltihabı meydana gəlib, onların da təxminən 16 faizi xəstəxanaya yerləşdirilib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!