Bu gün Azərbaycanda rəsmi şəkildə alınan "koronavirus.az" adlı domenin sahibi Nabil Seyidov bununla bağlı geniş açıqlama verib.
"Yeni Sabah" xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışan Nabil Seyidov Demokrat.az-a açıqlamasında bildirib ki, "koronavirus.az" domenini almaqda məqsədi virusla mübarizədə əhalini maarifləndirməkdir:
"Biz bunu ona görə almışıq ki, heç kəs "koronavirus.az" domenini başqa məqsədlər üçün istifadə etməsin. Hazırda bi domen üzərində sayt hazırlanır, yəqin bir neçə gündən sonra fəaliyyətə başlayacaq. Həmin syatda koronovirusla bağlı maarifləndirici məlumatlar olacaq. Biz təkcə bu domeni almamışıq, eyni zamanda "infeksiyalar.az" domeni də alınıb. Mən ixtisasca həkiməm və bu addımı öz təşəbbüsümlə atmışam. Məgər bu domeni almaq qəbahətdir? Bütün domenlər açıq satışda var və kim istəsə onu ala bilər". Toyuqlu pizza
N.Seyidov qeyd edib ki, "koronavirus.az" internet portalı fəaliyyətə başlayandan sonra Səhiyyə Nazirliyi ilə də əməkdaşlıq edəcək:
"Biz domeni indidən aldıq ki, sonra heç kəs onu alıb başqa məqsədlər üçün istifadə edə bilməsin. Sayt fəaliyyətə başlayandan sonra koronovirusla bağlı ən etibarlı məlumatları buradan əldə etmək mümkün olacaq. Biz buradan heç bir gəlir güdmürük. Ümumiyyətlə, koronovirusdan nə gəlir güdmək olar? Biz bu saytı biznes məqsədi üçün açmırıq, maarifləndrici sayt olacaq".
Qeyd edək ki, "koronavirus.az" adlı domenin rəsmi şəkildə alınması barədə ilk xəbəri "Report" informasiya agentliyi yayıb.
Telegram kanalımız