Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov Ermənistanın Avropa İttifaqı ilə münasibətləri ilə bağlı fikirlərini bildirərək Brüsseli saxtakarlıqda ittiham edib.
"Yeni Sabah" xəbər verir ki, o, Aİ-nin Ermənistanın öz sıralarına qoşulmasını gözləmədiyini vurğulayıb.
Kosaçov öz "Telegram" kanalında yazıb: "Heç kim Ermənistanın Aİ-yə qoşulmasını gözləmir. Bu, Brüsselin növbəti saxtakarlığından başqa bir şey deyil".
Vitse-spiker Transatlantik icmanın əsas məqsədinin Ermənistanın Rusiya ilə əlaqələrini çətinləşdirmək olduğunu bildirib. O əlavə edib ki, Rusiya-Ermənistan münasibətlərində pisləşmə meyli var və bu münasibətlər əvvəlki nəsillərin səyləri ilə çətinliklə qazanılıb və möhkəmlənib.
Siyasətçi xəbərdarlıq edib ki, əgər rusofob erməni siyasətçiləri 7 iyunda keçiriləcək parlament seçkilərində mövqelərini gücləndirsələr, böhran dönməz hala gələ bilər.
Spikrin müavini qeyd edib ki, Avropa Siyasi Birliyi sammitinin İrəvanda keçirilməsi Rusiya əleyhinə bir addımdır, çünki Aİ xaricində bu qədər rusofobun bir yerdə toplaşması nadir haldır:
"Moskva, o cümlədən Federasiya Şurası Ermənistanın Rusiya ilə ortaq tarixinə hörmətlə yanaşacağına əmindir".
Telegram kanalımız