Kosmosda ilk hotel: restoran, kinoteatr, spa salonları, idman zalları... - Fotolar   + Video

saytların hazırlanması

Evə çatdırılma

Kosmosda ilk hotel: restoran, kinoteatr, spa salonları, idman zalları... - Fotolar + Video

Maraqlı

06 Mart 2021 11:14 751


“Orbital Assembly Corporation” şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib. 

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, ilk kosmik hotel “Voyager Station” adlanacaq. 

Yer kürəsinin orbitində hotelin inşasına 2025-ci ildə start veriləcək. Plana əsasən, layihə 2027-ci ildə yekunlaşmalıdır. Sözügedən hotel kapsullardan ibarət halqa formasında olacaq. Kapsulların daxilində restoranlar, kinoteatrlar, spa salonları, idman zalları və 400 nəfər üçün nəzərdə tutulmuş turistik otaqlar inşa ediləcək. Dördpendirli pizza

Şirkət, həmçinin, hotel daxilində astronavtların müddətli yaşamaları üçün nəzərdə tutulmuş xüsusi otaqlar, suyun və havanın saxlanması üçün kapsullar da inşa etməyi planlaşdırır. Bu cür otaqlar ya icarəyə veriləcək, ya da dövlət və özəl şirkətlərə satılacaq. Təbii ki, şirkət kosmik hotelin inşasının və orda bir gecə qalmağın hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyib. Sadəcə olaraq bildirilib ki, çoxistifadəli “Falcon 9” raketləri vasitəsilə inşaya xərclənəcək vəsait qat-qat azalıb. 

Qeyd edək ki, “Falcon 9”dan əvvəl kosmosa 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 8000$-a təşkil edirdi. İndi isə 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 2000$ civarındadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!