“Kral klubu”na yeni baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Kral klubu”na yeni baş məşqçi

İdman

31 Mart 2025 10:49 413


Tanınmış mütəxəssis Yurgen Klopp məşqçilik fəaliyyətini yaxında bərpa edə bilər.

Yenisabah.az xəbər verir ki, alman baş məşqçinin “Real”ı çalışdırmaq ehtimalı böyükdür. Klopp Madrid təmsilçisində hazırkı baş məşqçi Karlo Ançelottinin ən uyğun əvəzləyicisi hesab olunur. Çünki Yurgen Klopp ulduzlarla işləməyi və gəncləri inkişaf etdirməyin yollarını bilir.

Mütəxəssis işə başlamağa tələsmir. Lakin "Real"dan gələcək təklifin onun fikrini dəyişəcəyinə inanılır. Dominos pizza

Qeyd edək ki, Klopp 2015-2024-cü illərdə "Liverpul"a baş məşqçilik edib. O, hazırda "Red Bull"da futbol bölməsinin rəhbəridir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!