Britaniya kraliçası II Elizabetin səhhəti yenidən gündəmdədir.
Yenisabah.az "Sky News"a istinadla xəbər verir ki, 96 yaşlı hökmdar builki "Royal Garden" məclisinə qatılmayacaq. Bu qərarın həkimlərin tövsiyəsinə əsasən qəbul olunduğu iddia olunur.
Ümumiyyətlə, son 2 ildə II Elizabet həkimlərin məsləhəti ilə əksər kral mərasimlərində və şənliklərində iştirak etməyib və bir çoox hallarda onu varisi şahzadə Çarlz əvəz edib. Marqarita pizza
Bukingem sarayında 30 mindən çox qonağın iştirakı ilə keçirilən "Royal Garden" məclisi gələn həftə baş tutmalıdır. Artıq indidən II Elizabetin ziyafətə qatılmayacağı bildirilib.
Telegram kanalımız