Kredit faizlərində ciddi artım – Bunu kim edir? 

saytların hazırlanması

Evə çatdırılma

Kredit faizlərində ciddi artım – Bunu kim edir? 

İqtisadiyyat

09 İyul 2025 10:05 3521


“Kredit faizlərinin artımı iqtisadi nöqteyi-nəzərdən, heç bir halda yaxşı nəticəyə gətirib çıxarmır. Düzdü, nəzəriyyədə iqtisadiyyatı sağlamlaşdırmaq üçün kredit faizlərinin artırılması anlayışı var, amma indiki vəziyyətdə bizim iqtisadiyyata uyğunlaşmır. Sadə dillə desək, bu sağlam iqtisadiyyata gətirib çıxarmayacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib. O, bildirib ki, nəzərdən kredit faizlərinin yüksəlməsi arzuolunan vəziyyət deyil:

“Biz liberallaşmadan kənarlaşırıq. Adətən görmüşük ki, sahibkarlığın inkişafı üçün nəzərdə tutulan xüsusi (biznes) kreditləri güzəştli şərtlərlə verilir. Amma biz burada ucuzlaşmanı görmürüksə, demək bazara xüsusi imtiyazlı kreditlərin daxil olmasının xüsusi çəkisi azalır. Eyni zamanda bahalı faizli kreditlərin bazara daxil olmasını görürük. Bu nöqteyi-nəzərdən kredit faizlərinin yüksəlməsi arzuolunan vəziyyət deyil”. pizza sifarişi

Ekspert bank olmayan kredit təşkilatlarının (BOKT) bir çoxunun zərərlə işləməsi tendensiyasına da toxunub:

“Bank olmayan kredit təşkilatları ilə bağlı nizamnamə kapitalının 3 dəfəyədək artırılması, faktiki olaraq, onların bir növ bankların fəaliyyətinə uyğunlaşması ilə nəticələndi. Hazırda BOKT-ların çoxşaxəli fəaliyyətinin imkanlarını məhdudlaşdıran mühit formalaşır. Yeni qayda ilə BOKT-lar banklarla sağlam rəqabət mühitinə daxil olmuşdular. Belə olduğu halda, aydın məsələdir ki, bank olmayan kredit təşkilatlarının fəaliyyətinin mənfi statistikası ilə rastlaşmış olduq. Bu təbii haldır. BOKT-lar əvvəllər daha sərbəst fəaliyyət göstərirdilər. Nizamnamə kapitalının artırılması onların fəaliyyətinə mənfi təsir etdi”.

Qeyd edək ki, Azərbaycanda iyun ayının 1-nə  Azərbaycanda yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 18.90% təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79% bəndi çoxdur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!