Kredit öhdəliyinin başqasına ötürülməsi mümkündür? - “Mülki Məcəllədə bu barədə deyilir...”

saytların hazırlanması

Evə çatdırılma

Kredit öhdəliyinin başqasına ötürülməsi mümkündür? - “Mülki Məcəllədə bu barədə deyilir...”

Sosial

03 Fevral 2025 14:01 583


Kredit götürmüş vətəndaş bəzi hallarda səhhəti, yəni fəaliyyət qabiliyyətini itirməsi, iş şəraiti (uzunmüddətli ezamiyyət və .) və gəlirinin azalması ilə əlaqədar ödənişləri vaxtı-vaxtında icra edə bilmir. Belə hallarda kredit öhdəliyinin 3-cü şəxsə ötürülməsi zərurəti meydana çıxır. Qanunvericiklə bu mümkündürmü?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, Mülki Məcəllə buna imkan verir:

“Hüquqi baxımdan bu mümkündür və buna Mülki Məcəllə də imkan verir. Eyni zamanda, müəyyən şərtlər daxilində bank qanunvericiliyi də buna imkan yaradır. İstənilən öhdəlik, əgər şəxsi deyilsə, 3-cü şəxsə ötürülə bilər. Əgər öhdəlik ifrat dərəcədə şəxsi öhdəlik daşıyırsa, (rəsmlərin çəkilməsi, heykəllərin hazırlanması və s.) bunların 3-cü şəxslərə ötürülməsinə yol verilmir. Pepperoni pizza

Amma maliyyə xarakterli öhdəliklər tələbkarın, yəni kreditorun razılığı ilə 3-cü şəxsə ötürülə bilər. Bank kreditlərində bir məsələ var ki, kredit öhdəliyi ötürülən şəxs ilkin kredit götürənin şərtlərinə cavab verməlidir. Yəni aylıq qazancı və digər maliyyə göstəriciləri onu əvəz edəcək şəxsin gəlirləri ilə üst-üstə düşsün”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!