Kreml: “Ermənistanda sabitliyin bərqərar olunmasında maraqlıyıq“

saytların hazırlanması

Evə çatdırılma

Kreml: “Ermənistanda sabitliyin bərqərar olunmasında maraqlıyıq“

Dünya

05 May 2022 15:33 177


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı siyasi vəziyyətə toxunub.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, Peskov İrəvanda baş verən iğtişaşların Ermənistanın daxili işi olduğunu deyib, amma onu da əlavə edib ki, Moskvanın vəziyyətin tez bir zamanda sabiqtyləşməsində maraqlıdır.

O, Ermənistanın Rusiyanın müttəfiqi olduğunu vurğulayıb. Dördpendirli pizza

“Ermənistan bizim müttəfiqimiz, çox vacib inteqrasiya formatlarında tərəfdaşımızdır. Ermənistan həm də bizim ən böyük dostumuzdur. Ona görə də biz Ermənistanda sabitliyin bərqərar olunmasında maraqlıyıq ki, bu da Qarabağ üzrə əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinə tədricən imkan verəcək”, - Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Ermənistandakı sabitlik də ikitərəfli münasibətlərin inkişafında irəliləməyə imkan verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!