Kremldən İsveç və Finlandiyanın NATO-ya üzvlük planlarına reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Kremldən İsveç və Finlandiyanın NATO-ya üzvlük planlarına reaksiya

Siyasət

11 Aprel 2022 20:22 753


NATO qarşıdurmaya meyllidir, onun genişlənməsi Avropada təhlükəsizliyi gücləndirməyəcək. 

Yenisabah.az Ria Novosti-yə istinadla xəbər verir ki , bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Mətbuat katibi İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı məlumatlara münasibət bildirərkən bunları deyib: Dominos pizza

“Biz dəfələrlə demişik ki, alyansın özü daha çox qarşıdurma alətidir, o, sülhü, sabitliyi təmin edən alyans deyil və onun daha da genişlənməsi, şübhəsiz ki, Avropa qitəsinə əlavə təhlükəsizlik gətirməyəcək”.

Rusiyanın alyansa dəvət olunması ilə bağlı iddialara Peskovun cavabı qısa olub: "ABŞ Rusiyanın NATO-ya üzvlüyünün mümkünsüzlüyündən dəfələrlə danışıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!