Kremlin tənqidçisi Rusiyaya qayıtmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Kremlin tənqidçisi Rusiyaya qayıtmaq istəyir

Mədəniyyət

15 May 2022 11:25 1931


Ukraynada keçirilən "xüsusi əməliyyat"ı tənqid edən aktyor Jerar Depardye Rusiyaya qayıtmaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu məlumatı aktyorun nümayəndəsi, rejissor Arno Frille paylaşıb.

Depardye fevralın 24-dən Ukraynaya təcavüzə qarşı çıxış edib. Buna baxmayaraq, aktyor Rusiyaya qayıtmaq istəyir. pizza

"O nə qaçqınlara kömək etmək üçün xüsusi tədbirlərdə, nə də humanitar proqramlarda iştirak etmir", - deyə Frille "Qovorit Moskva" radiostansiyasına müsahibəsində bildirib.

Depardye 2013-cü ildə Rusiya pasportu alıb. Anti-Rusiya bəyanatlarından sonra sənətçini Rusiya vətəndaşlığından məhrum etmək təşəbbüsü ortaya çıxıb.

Kreml də öz növbəsində bu təklifi şərh etməkdən imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!