Kriptovalyuta şirkəti hakerlərin oğurladığı vəsaitin miqdarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Kriptovalyuta şirkəti hakerlərin oğurladığı vəsaitin miqdarını açıqladı

Rəqəmsal

18 Yanvar 2023 12:04 2485


Kriptovalyuta birjası FTX hakerlərin təxminən 415 milyon dollar dəyərində kriptovalyuta oğurlandığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə FTX-in baş direktoru Sem Bankman-Frid məlumat yayıb.

O qeyd edib ki, şirkət iflas elan etdiyi vaxtdan beynəlxalq kriptovalyuta birjasından təxminən 323 milyon dollar, ABŞ platformasından isə 90 milyon dollar sındırılıb. Dominos pizza

FTX-in həmtəsisçisi Sam Bankman-Fridin digər şirkəti “Alameda Research”in borclarını ödəmək üçün FTX istifadəçilərindən milyardlarla dollar oğurlamaqda ittiham olunur. Bankman-Frid dələduzluq ittihamlarını rədd edib.

Bir il əvvəl 32 milyard dollar dəyərində olan FTX noyabrın 11-də iflasdan qorunmaq üçün dövlətə müraciət edib. Müştərilərin 8 milyard dollar vəsaitinin itirildiyi təxmin edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!