“Kristal Abşeron”un tikdiyi bina əyildi – Video

saytların hazırlanması

Evə çatdırılma

“Kristal Abşeron”un tikdiyi bina əyildi – Video

Hadisə

02 Mart 2023 07:35 5298


“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakupost.az -a yerli sakinlər bildiriblər. 

Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.  Dördpendirli pizza

"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı "Kristal Abşeron" şirkətindən bildirilib ki,  məsələ araşdırılır, məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!