KTMT Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək hesab edir.
Yenisabah.az xəbər verir ki, bu barədə KTMT-nin Baş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov bildirib.
Onun fikrincə, normallaşma üçün sülh müqaviləsi lazımdır. pizza sifarişi
“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzərin resurslarına çıxış əldə etmək və özlərini Mərkəzi Asiyaya birbaşa çıxışla təmin etmək cəhdləri var. Bu məqsədlə Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında vacib olaraq qalacaq”.
A. Serdyukovun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Qərb Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.
“Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir etməkdə davam edir”, - o qeyd edib.
Telegram kanalımız