KTMT də Azərbaycanla sərhəddə missiya yerləşdirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

KTMT də Azərbaycanla sərhəddə missiya yerləşdirmək istəyir

Rəsmi

02 Avqust 2023 11:07 3444


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinin müzakirəsinə qayıtmağa hazırdır.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Ağasandyan bildirib.

Onun sözlərinə görə, təşkilat rəsmi İrəvanın müsbət cavabını və bu təklif üzrə əsaslı işlərin, müttəfiqə kömək üçün digər birgə tədbirlərin həyata keçirilməsinin bərpasını gözləyir. Toyuqlu pizza

Ağasandyanın fikrincə, Rusiya əmindir ki, müvafiq qərarların qəbulu regiondakı ümumi vəziyyətə müsbət təsir göstərəcək. Qərb dövlətləri isə Rusiyaya və bu ölkənin Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün onun ən yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiq göstərməyə çalışırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!