Kukla Teatrının aktyorları dindirilib - Yoxlama

saytların hazırlanması

Evə çatdırılma

Kukla Teatrının aktyorları dindirilib - Yoxlama

Mədəniyyət

08 Dekabr 2022 16:55 1806


Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında apardığı yoxlamalar davam edir.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, artıq teatrın əməkdaşları da dindirilib.

Yoxlamaların nə vaxt başa çatacağı məlum deyil. pizza sifarişi

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi sözügedən teatrda yoxlamalar aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır.

Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!